Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri dövlət ümumi təhsil müəssisələrində işə qəbul olunub

Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri dövlət ümumi təhsil müəssisələrində işə qəbul olunub Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin yanvarın 28-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.
İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 300-dən çox müraciət müsbət həllini tapıb.

Tehsil-press.az



Oxşar xəbərlər