Təhsil naziri: Bakı məktəblərində davamiyyət 64-65 faizə düşmüşdü

Təhsil naziri: Bakı məktəblərində davamiyyət 64-65 faizə düşmüşdü Biz məktəblərdə daimi olaraq davamiyyəti izləyirik. Martın 29-da Bakı məktəblərində şagirdlərin davamiyyəti orta hesabla 80 faiz olubsa, sonrakı 3 gün ərzində bu rəqəm yoluxmaların sayı fonunda 65 faizə düşüb.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnunluğu ilə yanaşı, şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda insan sağlamlığını qorumaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər