“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək verəcək. Dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq. “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Hədəf Liseyində 10 şəhid övladı üçün 100 faiz nisbətində güzəşt tətbiq olunacaq.
Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 10 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50 faiz güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq. Son müraciət tarixi aprelin 16-dır. Qəbul imtahanı aprelin 18-də keçiriləcək.
Tehsil-press.az