Dövlət İqtisad Universiteti (UNEC) tələbələri “TEKNOFEST” yarışının növbəti mərhələsinə çıxıblar.
“TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən irəli sürülən və artıq dördüncü ildir təşkil edilən beynəlxalq festivalın əsas mahiyyəti gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Dünyanın ən böyük texnologiya yarışında bu il 84 ölkənin gəncləri müxtəlif texnoloji ideyalarını təqdim ediblər. Yarışın builki açılışında Selçuk Bayraktar deyib: “Roketdən avtonom sistemlərə, kənd təsərrüfatından sualtı sistemlərinə, biotexnologiyadan insanlığa faydalı texnologiyalara qədər gənclərimizin milli texnologiya sahəsindəki fəaliyyətlərinə dəstək olmaq istəyirik”.
“Milli texnologiya həmləsi” şüarı ilə keçilən festivalda UNEC tələbələrindən ibarət komanda iki mərhələdən uğurla keçərək sonuncu mərhələyə vəsiqə qazanıb.
UNEC Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası aqrar texnologiyalar kateqoriyasında spesifik dron ideyası təqdim edib. İdeyanın reallaşdırılması ilə kənd təsərrüfatında az xərclərlə məhsuldarlığın artırılması mümkün olacaq. Yarışın növbəti mərhələsinə qədər bu ideyanın ilk prototipi hazırlanacaq.
“TEKNOFEST” Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Yarışda 34 kateqoriya müəyyən edilib. Sentyabrin 21-26-da müəyyən olunacaq qalib komandalar 4 milyon TL dəyərində mükafat əldə edəcəklər.
Tehsil-press.az