2019/2020-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinə I ixtisas qrupu üzrə 297 nəfər, V ixtisas qrupu üzrə isə 88 nəfər qəbul olub.
Bu barədə UNEC-in Texnologiya və dizayn fakültəsinin birinci kurs tələbələri ilə görüşdə məlumat verilib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova və fakültə dekanı, professor Vəkil Hüseynovun iştirakı ilə keçirilən görüşdə UNEC-də həyata keçirilən yeniliklər barədə məlumat verilib, elektron universitet modelinin tətbiq olunduğu, tədris materiallarının, dərsə davamiyyətin tamamilə elektronlaşdırıldığı onların diqqətinə çatdırılıb. UNEC-də imtahanların mərkəzləşdirilimiş qaydada təşkil edildiyi və ictimaiyyətə açıq keçirildiyi də vurğulanıb.
Vəkil Hüseynov tələbələrə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün UNEC Yaradıcılıq Mərkəzi və Radio UNEC-in imkanlarından yararlanmağı tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti