Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, “SABAH” qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2019” layihəsi çərçivəsində V “SABAH” tələbə debat forumu keçirilib.
Forumun əsas məqsədi “SABAH” tələbələrinin müxtəlif debat mövzuları üzrə biliklərinin artırılmasına, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafına, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunmasına, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə marağın yaradılmasıdır.
“Ekoloji problemlərdə innovativ metodlar” mövzusuna həsr olunan tələbə debat forumunda ölkənin 5 ali təhsil müəssisəsinin təmsil olunduğu 22 komanda yarışıb. Final mərhələsinə debat raundlarından uğurla keçən UNEC-in iki komandası - “Tanrının övladları” və “Alpha” komandaları vəsiqə qazanıb.
Finalda “Ekoloji problemlərin yaranmasının əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusunda debat təşkil olunub. Maraqlı keçən debat yarışında “Tanrının övladları” komandası qalib olub.
Qalib komandaya kubok təqdim edilib.

UNEC-in Mətbuat Xidməti