UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb

UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub.
Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi olub. Qələbə əldə edən UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb.
Yarışın sonunda mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov qalibləri təbrik edərək, onlara gələcək yarışlarında uğurlar arzulayıb. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC komandasının gücləndirilməsi istiqamətində lazımi dəstəyin davam etdiriləcəyini bildirən rektor, UNEC-in növbəti mövsümdə də azarkeşlərini sevindirəcəyinə əminliyini ifadə edib.
Final mərhələsində iştirak edən Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digər qonaqlar qaliblərə medalları təqdim ediblər.
UNEC komandasının məşqçiləri Etibar Qasımov və Sergey Titoviçdir.

UNEC-in Mətbuat Xidməti


UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb
UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb
UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb
UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb


Oxşar xəbərlər