Bayrağımız ABŞ-ın ən məşhur küçəsində asılacaq

Bayrağımız ABŞ-ın ən məşhur küçəsində asılacaq ABŞ-ın Nyu York şəhərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq.
Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Vol Strit”də yerləşən "Boulinq Qrin" (Bowling Green”) parkında nəhəng bayraq dirəyindən asılacaq.
Nyu York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli deyib ki, Azərbaycan bayrağı mayın 28-dən etibarən 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalacaq.

Tehsil-press.az


Oxşar xəbərlər