AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günləri qeyd olunub

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günləri qeyd olunub Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə təntənəli bayram mərasimi keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Rektor Vilayət Vəliyev universitetin professor-müəllim heyətini və tələbələri bayram münasibətilə təbrik edərək deyib: “Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək milli hökumətin yerləşdiyi binanın üzərində ucaldılıb. Cümhuriyyətimizin süqutundan 70 il keçdikdən sonra ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzərində qaldırılıb. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən bayrağını bərpa edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur”.
Daha sonra çıxış edənlər - İctimai fənlər kafedrasının professoru Əyyub Kərimov və Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə Dövlət Bayrağı və Konstitusiya günlərinin önəmindən, müstəqil dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanununun Azərbaycan vətəndaşlarına açdığı imkanlardan danışıblar.
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Tədbirdə AzTU Televiziya Studiyasının tələbələrin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə hazırladıqları fləşmobun videoçarxı nümayiş etdirilib. https://www.youtube.com/watch?v=Joc19-RwP_E

Tehsil-press.az

Oxşar xəbərlər