BDU-nun tələbələri koreyaşünaslıq üzrə III viktorina müsabiqəsinin qalibi olublar

BDU-nun tələbələri koreyaşünaslıq üzrə III viktorina müsabiqəsinin qalibi olublar Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Araşdırmaları Mərkəzi və Koreyaşünaslıq Akademiyası tərəfindən koreyaşünaslıq üzrə III viktorina müsabiqəsi keçirilib.
Ölkənin bir sıra ali məktəblərinin nümayəndələrinin iştirak etdiyi müsabiqədə BDU-nun tələbələri qalib gəliblər.
Qalib adına Şərqşünaslıq fakültəsində koreyaşünaslıq ixtisası üzrə təhsil alan Nuranə Abbasova və Nigar Bəkirova layiq görülüblər. BDU tələbələri sertifikat və pul mükafatları ilə təltif olunublar.
Viktorina iki mərhələdə keçirilib. Final mərhələsində ilk turdan uğurla keçmiş 10 tələbə yarışıb.

Tehsil-press.az


Oxşar xəbərlər