Martın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) Gəncə şəhərində yerləşən Kəlbəcər 1saylı köçkün məktəbində təcrübə keçən tələbələri pedaqoji təcrübə rəhbəri Anar Rəhimovun təşkilatçılığı ilə “Çin Xalq Respublikasını tanıyaq” mövzusunda viktorina təşkil ediblər. Viktorina məktəbin yuxarı sinif şagirdləri arasında keçirilib.
Çinin mədəniyyəti, tarixi, coğrafiyasına həsr edilmiş viktorinanı giriş sözü ilə açan A.Rəhimov tədbirin ADU rektoru, akademik Kamal Abdullanın tövsiyəsi ilə baş tutduğunu bildirib və qədim tarixə malik olan ölkə haqqında dərin biliklərə yiyələnməyin əhəmiyyətindən danışıb.
Tədbirin əvvəlində ADU-nun məktəbdə pedaqoji təcrübə keçən tələbələri Roza Məmmədova və Şəbnəm Abbasbəyli Çin tarixi haqqında təqdimatlarla çıxış ediblər. Müasir Çinin dövlət quruluşu, incəsənəti, təhsil sistem və s. barədə məlumat verildikdən sonra viktorina başlayıb.
On dörd suallı viktorinanın qalibi “İstiqlal” komandası olub.
Qaliblərə ADU rəhbərliyi tərəfindən hədiyyələr təqdim ediləcək.

ADU-nun Mətbuat Xidməti