Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Kinq Seconq İnstitutu Fondunun nümayəndə heyəti ilə görüş olub.
Görüşdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva universitetin şərqşünaslıq fakültəsində koreyaşünaslıq ixtisasının, Koreya dili və ədəbiyyatı tarixinin yerli və xarici mütəxəssislər tərəfindən tədris olunduğunu, bu ixtisas üzrə onlarla bacarıqlı mütəxəssis hazırlandığını, Koreya səfirliyinin dəstəyi ilə bir sıra uğurlu layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.
O, BDU-da ölkələrarası əlaqələrin inkişafına xidmət göstərən Rus Mərkəzinin, Abay Kunanbayev adına Qazax Mədəniyyət Mərkəzinin, Yunus Əmrə Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. İ.Əliyeva ötən il Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyun və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun görüşü zamanı universitetdə Bakı Seconq İnstitutunun yaradılması haqqında ilkin razılıq əldə edildiyini xatırladıb.
Kinq Seconq İnstitutu Fondunun menecer köməkçisi Hyunqmi An təmsil etdiyi qurumun Koreya Respublikası hökuməti tərəfindən 2005-ci ildə yaradıldığını, Koreya dilini öyrənmək istəyənlərin, həmçinin müəllimlərin təhsil və informasiya xidməti ilə hərtərəfli inteqrasiya olunmalarına yardım etdiyini deyib.
Hyunqmi An dünyanın 50-dən artıq ölkəsində təsis edilən seconq institutlarının Koreya Respublikasının tarixi və mədəniyyətinin təbliğində mühüm rol oynadığını söyləyib, BDU-da yaradılması nəzərdə tutulan Bakı Seconq İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Görüşdə Kinq Seconq İnstitutu Fondunun əməkdaşı Dayonq Cunq, professor Sanqmin Şim və BDU-nun şərqşünaslıq fakültəsinin koreyalı müəllimləri iştirak ediblər.
Sonra qonaqlar universitetin nanoaraşdırmalar mərkəzi, elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.

Hikmət Əliyev