Keçən il Türkiyədə 984 meteoroloji hadisə baş verib

Keçən il Türkiyədə 984 meteoroloji hadisə baş verib Keçən il Türkiyədə 984 meteoroloji hadisə baş verib. Bu, 1940-cı ildən indiyədək qeydə alınan ən yüksək rəqəmdir.
Bu barədə Türkiyənin Meteoroloji Baş İdarəsindən bildirilib.
Son illər Türkiyədə dəyişən iqlim şəraitinin təsiri ilə meteoroloji fəlakətlərin meydana gəlməsi, onların müddəti və intensivliyi artıb, daha əvvəl görülməmiş bəzi fəlakət növləri də qeydə alınıb. Bu cür təbiət hadisələri əsasən yaz və qış aylarında meydana gəlib ki, onların da böyük əksəriyyətini güclü külək və dolu təşkil edib.
Bildirilib ki, ölkədə baş verən təbii fəlakətlərin ağır fəsadlarla nəticələnməsinin qarşısını düzgün proqnozlarla almaq mümkün olub.

Tehsil-press.az


Oxşar xəbərlər