İqlim dəyişmələri nəticəsində ölkəmizdə təbiət hadisələrinin intensivliyi artıb

İqlim dəyişmələri nəticəsində ölkəmizdə təbiət hadisələrinin intensivliyi artıb Son 25-30 il ərzində həm Yer kürəsində, həm də Azərbaycanda iqlim dəyişmələri nəticəsində təbiət hadisələrinin intensivliyi və gücü artıb.
Bu fikri Tehsil-press.az-a açıqlamasında AMEA akademik Həsən Əliyev adına Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov deyib. O bildirib ki, araşdırmalara görə, ölkəmizdə göy guruldaması, şimşək çaxması kimi təbiət hadisələri Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qax və Qəbələ rayonları üçün daha xarakterikdir. Alim qeyd edib ki, bu hadisələrin törədə biləcəyi fəsadların qarşısını almaq üçün çoxmərtəbəli binaların üstündə ildırımötürücülər quraşdırılmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər