ABŞ-da yaşayan soydaşımız, hazırda Fransanın Strasburq şəhərində doktorantura pilləsində təhsili alan alim-tədqiqatçı Adəm Seymurun “Duyğularımızdan kənar” (“Beyond our feelings”) adlı yeni kitabı işıq üzü görüb.
Kitabda daha ağıllı seçimlər etmək, dərin, davamlı münasibətlər qurmaq və insan şüurunun həqiqi potensial imkanlarından bəhs edilir. Müəllif şüuraltı duyğu və düşüncələrin necə işləməsi, mənfi hisslərdən qurtulmaq, onları sağlam duyğularla əvəz etmək, gücü səfərbər etmək və insani dəyərlərə qayıtmaq kimi mövzuları araşdırıb.
"Amazon" qlobal ticarət portalında satışa çıxarılan əsərə böyük maraq var. Kitab 13 ölkədə (ABS, Kanada, Meksika, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Almaniya, İspaniya, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Hindistan) çap olunub. Artıq, kitabın elektron variantını "Amazon kindle"dan da əldə etmək olar.
Qeyd edək ki, Adəm Seymur insan şüuru və mənəviyyatı ilə maraqlanan alim-tədqiqatçıdır. 12 ildən çoxdur ki, ABŞ və Fransada yaşayan soydaşımız Bostonda magistr dərəcəsi alıb.
Tehsil-press.az