ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, f.e.d. prof. Əsgər Zeynalovun İsveçin Malmö şəhərində “TRYCK HOLMBERGS” nəşriyyatında “Volter və Hüqonun Şərq dünyası” adlı kitabı işıq üzü görüb.
270 səhifədən ibarət kitabda Volterin Astiaq əfsanəsinə, Zərdüştliyə, Hindistan, Çin, İran mədəniyyətinə, türklərə baxışı, habelə dahi mütəfəkkirin “Zairə” və “Skiflər” faciələri, Hüqonun “Şərq motivləri” əsəri geniş surətdə tədqiqata cəlb olunub, Hüqonun islam dinini qəbul etməsinə münasibət bildirilib.
Burada Volterin “Skiflər” faciəsi ilə “Kitabi Dədə Qorqud” dastanındakı bəzi müqayisələr də diqqət çəkən məqamlardandır. Kitabda eyni zamanda dünya şöhrətli fransız alimləri Jan Lui Bakke Qrammon və Arno Lasterin, Franş Konte regionun konseyi, vitse-prezidenti Pier Maniyin Feyzonun fikirləri, müxtəlif vaxtlarda Fransanın ən nüfuzlu orqanlarından biri “LEST Republicain” qəzetində azərbaycanlı alim haqqında dərc olunmuş yazılar da öz əksini tapıb. Bu, müəllifin xaricdə nəşr olunmuş 11-ci kitabıdır. Xatırladaq ki, bundan əvvəl tədqiqatçının 2 kitabı Rusiyada, 3-ü ABŞ-da, Fransa, Almaniya, İngiltərə, Kanada və Hindistanda kitabları nəşr olunub. Tədqiqatçının xaricdə çap edilmiş bu əsərləri dünyanın 30-a qədər ölkəsində yayılıb.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2018-ci il 26 dekabr tarixində keçirilən Elmi Şurasının iclasında universitetin rektoru akademik Kamal Abdulla professor Əsgər Zeynalovu kitabın nəşrinə görə təbrik edib, bunu təhsil ocağının elmi həyatında əlamətdar hal kim qiymətləndirərək müəllifi bir aylıq əmək haqqı məvacibi ilə mükafatlandırıb.
ADU-nun Mətbuat Xidməti