Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan kitab çapdan çıxıb

Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan kitab çapdan çıxıb Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Bakı Dövlət Universiteti” kitabı çapdan çıxıb.
Yeni nəşr ölkəmizdə ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çətin, mürəkkəb və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda Bakı Dövlət Universitetinin yüz illik tarixi arxiv materialları əsasında əhatəli və sistemli şəkildə oxuculara təqdim edilir. Universitetin yaranmasında və 100 illik inkişafı tarixinin ayrı-ayrı mərhələlərində xüsusi xidmətləri olmuş dövlət xadimləri, ona rəhbərlik etmiş ziyalılar haqqında geniş məlumat verilir.
Kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Fərrux Rüstəmovdur. Nəşr təhsil tarixinin tədqiqatçıları, müəllimlər, tələbələr və geniş ictimaiyyət üçün nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər