Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Jurnalistika və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, “Şərq qapısı” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mehriban Sultanovanın “Mənim universitet dünyam” adlı kitabın təqdimetmə mərasimi keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq kitabın elmi və ictimai əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ali təhsil ocağının 50 illik yubileyinə həsr olunan kitabda universitetin çoşaxəli, dinamik inkişaf yolu hərtərəfli işıqlandırılıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə kitabın ayrı-ayrı bölmələri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, kitabda 2001-20017-ci illər ərzində elm və təhsil, beynəlxalq əməkdaşlıq, mədəniyyət, idman sahələrində qazandığı uğurlardan bəhs edən elmi və bədii-publisistik məqalələr, reportaj, resenziya, müsahibə və ssenarilər toplanıb.
Universitetin inkişaf tarixinin mükəmməl bədii publisistik əksi adlı çıxışında “Azərbaycan ədəbiyyatı” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli qeyd edib ki, kitab ümumiyyətlə universitet həyatının hərtərəfli əksi baxımından qiymətli bir nümunə, təqdirəlayiq bir topludur. Vurğulanıb ki, kitabda qələmə alınan yazılar müəllifin universitetdə mətbuat şöbəsinin müdiri kimi fəaliyyət göstərdiyi illərdə qələmə alınıb.
Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir-deyən müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.
Məbuat Xidməti