Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu “New Materials, Compounds and Applications” (“Yeni materiallar, birləşmələr və tətbiqləri”) və “Low Dimensional Systems” (“Aşağı ölçülü sistemlər”) jurnallarının ilk nömrələri çapdan çıxıb.
“New Materials, Compounds and Applications” jurnalı “Jomard Publishing” nəşriyyatı, “Low Dimensional Systems” jurnalı isə BDU tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın inkişaf etmiş 15-dən çox ölkəsini təmsil edən tanınmış alimlər daxildir.
Jurnalın ilk nömrəsi BDU-nun qarşıdan gələn 100 illik yubileyinə həsr edilib. Redaksiya heyətinin tərkibi, çap olunmuş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indeksləmə bazalarına daxil olacağına əsas verir.
Kəmalə Rəhimli