Əlyazmalar İnstitutunun yeni nəşri

Əlyazmalar İnstitutunun yeni nəşri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevin (Əli Məmmədbağıroğlu) “XVII əsr Azərbaycan əlyazma kitabı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Əsər XVII əsrdə köçürülmüş Azərbaycan əlyazma kitablarının paleoqrafik və mətnşünaslıq məsələlərinin araşdırılmasına həsr edilib. Monoqrafiyada minillik kitab tariximizin ayrı-ayrı tarixi mərhələləri müqayisəli şəkildə oxuculara təqdim olunur.
Kitabşünaslıq, mətnşünaslıq mütəxəssisləri və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri isə filologiya üzrə elmlər doktorları Azadə Musayeva və Kamil Allahyarovdur.

Tehsil-press.az



Oxşar xəbərlər