Məktəblilərin düzgün qidalanması mövzusunda maarifləndirici təlim təşkil olunub

Məktəblilərin düzgün qidalanması mövzusunda maarifləndirici təlim təşkil olunub “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəblilərin düzgün qidalanması” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimdə Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim heyəti, məktəbin 5-ci sinif şagirdləri, valideynlər və pediatr Arzu Musayeva iştirak edib. Tədbir iştirakçılarına sağlam həyat tərzi, düzgün qidalanma, artıq çəki, fiziki aktivlik barədə geniş məlumat verilib. Təlimin sonunda pediatr Arzu Musayeva mövzu ilə bağlı şagird və valideynlərin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər