Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Uğurlu CV necə hazırlanmalıdır?” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) kadrlar şöbəsinin mütəxəssisi Pərvanə Həsənova müasir günümüzdə düzgün və dolğun CV formasının hazırlanması mövzusunda çıxış edib. P.Həsənova CV nədir, nə üçün lazımdır və tərtib olunma prinsiplərindən danışıb. O, CV-nin gözoxşayan tərtibatı ilə yanaşı düzgün, dəqiq və dolğun məlumat bazasının olmasının zəruriliyini bildirib.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin məqsədi tələbə və məzunları iş tapmaqda CV-nin rolu haqqında maarifləndirmək və tərtib olunması haqqında bilik və bacarıqlar aşılamaqdır.
Tehsil-press.az