“Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri müəyyənləşib

“Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri müəyyənləşib “Məktəblinin dostu” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəblilər arasında çempionat keçirilib.
Çempionatın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Nərgiz Səfərova komandalara uğurlar arzulayıb və bu cür intellektual yarışların keçirilməsinin vacibliyindən söz açıb.
Çempionatda “Məktəblinin dostu” layihəsinin tətbiq edildiyi 35 məktəbin VIII, IX, X sinif şagirdləri mübarizə aparıb. Komandalar 5 üzv və 1 kapitan olmaqla 6 nəfərdən ibarət olub.
Yarış iki hissədən ibarət təşkil edilib. Hər hissədə komandalara 12 sual verilib.
Nəticələrə əsasən, 12 nömrəli tam orta məktəbin komandası I yerə, 45 nömrəli tam orta məktəbin komandası II yerə, 162 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda I, II, III yerlərin qaliblərinə diplom, medal, kubok və hədiyyələr təqdim olunub.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər