“Memarlıq, inşaat və dizayn” İctimai Birliyinin (İB) növbəti maarifləndirici seminarı 14 nömrəli tam orta məktəbdə təşkil olunub.
Seminar “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib. Əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki məktəblərin yeddinci və səkkizinci siniflərində təhsil alan, mühəndislik sahəsində gələcək karyeralarını qurmaq istəyən şagirdlər üçün memarlıq, dizayn və inşaat mühəndisliyi sahələrində maarifləndirici seminarlar keçirmək və “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” mövzusunda inşa yazı müsabiqəsi təşkil etməkdir.
Seminarda iştirak edən 119 şagird İB-nin fəaliyyəti, müvafiq layihə, peşə seçiminin aparılma qaydaları, karyera planlaşdırılması, memarlıq, dizayn və inşaat mühəndisliyi barədə nəzəri və vizual təqdimatlarla məlumatlandırılıb.
Tədbirdə, həmçinin “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” mövzusunda inşa yazı müsabiqəsində iştiraketmə qaydaları haqqında elan məktəblilərin nəzərinə çatdırılıb.
Təhsil Nazirliyinin layihə əlaqələndiricisi Elçin Sərdarov peşə təhsili və nazirliyin apardığı işlər barədə şagirdlərə məlumat verib.
Sonda layihənin rəhbəri və İB-nin icraçı direktoru Arif Nəcimov şagirdlərin suallarını cavablandırıb.
Tehsil-press.az