Bakı Slavyan Universitetində dəyirmi masa: Nizami Gəncəvi üfüqləri aşan şair kimi

Bakı Slavyan Universitetində dəyirmi masa: Nizami Gəncəvi üfüqləri aşan şair kimi Bakı Slavyan Universitetinin (BSU) Magistratura şöbəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvi üfüqləri aşan şair kimi” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masanın moderatoru, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva tədbiri giriş sözü ilə açıq elan edib.
Tədbirdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, həmin kafedranın professoru Bədirxan Əhmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Almas Məmmədova və Magistratura şöbəsinin müdiri, dosent Sevinc Abışova Nizami Gəncəvinin həyat və bədii yaradıcılığı haqqında geniş məlumat veriblər.
Dəyirmi masada magistrantlar Nizami Gəncəvi yaradıcılığının 4 istiqaməti - arxetipləri, meyarları, dəyərləri, obrazların tarixi izləri ilə bağlı məruzələrlə çıxış ediblər.
Magistrantlar müzakirələrdə fəal iştirak edərək onlara ünvanlanan sualları ətraflı cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər