Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının təşkilatçılığı ilə “Nizami və Qərb dünyası” mövzusunda elmi seminar keçirilib.
tədbirin moderatoru, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən növbəti elmi seminarın mövzusunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi qeyd edilməsinin mühüm hadisə olmasından, Qərb aləmində Nizami irsinə münasibətdən bəhs edib.
Kafedranın əməkdaşları – dosent Azelma Həsənova “Frans Kültür” radiosunun “İnsanlar və ilahilər” verilişində Nizami haqqında”, filologiya üzrə fəlsəfə doktoru Mətanət Əliyeva “Nizami irsinin Avropada araşdırılması”, müəllimlər - İradə Əmiraslanova, Ulduzə İsmayılova və Ləman Şıxəlizadə isə “Nizaminin “Xəmsəsi” adlı məruzələrlə çıxış ediblər.
Çıxışların ardınca məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə kafedranın müəllimi Vüsalə Nəbiyeva Nizaminin “Sənsiz” qəzəlini alman dilində söyləyib, fransız dili və ədəbiyyatı ixtisası üzrə IV kurs tələbəsi Dilarə Rzayeva dahi şairin “Yeddi gözəl” poemasından fransız dilində parçalar səsləndirib.
Sonda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə məruzələr haqqında fikirlərini bölüşüb, seminarın təşkilatçılarına təşəkkürünü bildirib.
Tehsil-press.az