Məktəblilər Ədəbiyyat İnstitutunda

Məktəblilər Ədəbiyyat İnstitutunda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı şəhəri Səbail rayonu 163 saylı məktəbin 5-6-cı sinif şagirdləri ilə görüş keçirilib. “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən görüşdə məktəbin tarix müəllimi Yeganə Əsgərova da iştirak edib.
Tədbirdə elmi müəssisənin direktor müavini Aygün Bağırlı institutda “Nizami Gəncəvi İli” ilə bağlı görülmüş işlərdən danışıb.
Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı isə Nizami Gəncəvinin gənclərlə bağlı fikirləri, nəsihətamiz əsərləri barədə şagirdləri məlumatlandırıb.
İnstitutun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxışında bu görüşü şagirdlərin həyatında tarixi gün adlandırıb. O, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutda bu cür görüşlərin davamlı olaraq təşkil edildiyini deyib.
Sonra Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova “Nizami Gəncəvi və gənclik” mövzusunda məruzə ilə çıxış edib.
Məktəbin şagirdlərindən İsmət Mehdiyev, Fidan Əmirli və Aylin Əlizadə Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib, eyni zamanda, alimlərə onları maraqlandıran suallar ünvanlayıblar.
Şagirdlər, həmçinin institutun şöbələri ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər