Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat yolu və sənət idealları” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən təşkil edilib.
Konfransı Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsini dahi şairin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə bir töhfə kimi dəyərləndirib. Akademik ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü tədbirləri xatırladıb, “Nizami” filminin çəkilişini, Nizami rayonunun yaradılmasını, “Nizami” metrosunun istifadəyə verilməsini böyük ədibə verilən yüksək dəyər kimi qiymətləndirib.
Akademik “Nizami Gəncəvi İli” çərçivəsində Ədəbiyyat İnstitutunda həyata keçiriləcək tədbirlərdən də bəhs edib: “Şairin həyatı və yaradıcılığı haqqında pasport kitab yazılmalıdır. Onun elmi-tənqidi mətnini hazırlayıb akademik nəşrini həyata keçirmək Əlyazmalar İnstitutuna həvalə olunub. “Nizami Gəncəvi ensiklopediyası” hazırlanıb çap ediləcək. Bu, Nizamişünaslıq şöbəsi tərəfindən birinci cildi nəşr edilən “Nizami Gəncəvi almanaxı”nın davamı olacaq”.
İ.Həbibbəyli qeyd edib ki, Nizami Azərbaycan ictimai-ədəbi fikrinin günəşidir. Dövrünün ədəbi ənənəsi ilə farsca yazmağı ona qarşı müxtəlif iddiaların olmasına səbəb ola bilməz. Biz Nizamini dünyada Azərbaycan şairi kimi tanıtmalıyıq. Türkiyədə bütün dərsliklərdə Nizamiyə aid oçerklərin olmasını yüksək qiymətləndirirəm. “Qardaş qələmlər” dərgisinin may nömrəsi Nizami Gəncəviyə həsr ediləcək, Tatarıstanda isə ardıcıl olaraq bu mövzuda məqalələr çap olunacaq.
Sonra Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslının “Nizami poemalarında təbiət təsvirlərinin ictimai-poetik tutumu”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusiflinin “Nizami Gəncəvi poeziyasının bəzi qaynaqları haqqında”, Giresun Universiteti Ədəbiyyat fakültəsinin əməkdaşı Hamza Koçun “Nizami Gəncəvi məsnəvilərinin türk dilinə mənsur tərcümələri və məqbul əlyazma nüsxələri” mövzularında məruzələri dinlənilib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Nizami Gəncəvi İli: gələcək üçün çağırış”, professor İmamverdi Həmidov “Nizami Gəncəvi almanaxı”nın bərpası: üçüncü mərhələ”, Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Nizami Gəncəvinin məsnəvilərinin Avropadakı bəzi nüsxələri haqqında”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Bədii ədəbiyyatda Nizmai Gəncəvi obrazının formalaşmasında təzkirələrin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Tehsil-press.az