Tələbələr Ədəbiyyat İnstitutunda təcrübə keçirlər

Tələbələr Ədəbiyyat İnstitutunda təcrübə keçirlər Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı Avrasiya Universitetinin tələbələri təcrübəyə başlayıblar.
Tələbələrlə görüşdə Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov Bakı Avrasiya Universiteti ilə ötən ildən bu sahədə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli təcrübənin tələbələr üçün əhəmiyyətindən bəhs edib. Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli isə “Elmi kadrlar” Milli İnformasiya Sistemində institutun bazasının formalaşdırılması haqqında tələbələrə məlumat verib, onların suallarını cavablandırıb.
Sonda tələbələrə təhkim olunduqları şöbələr haqqında məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər