Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Çində çap olunmuş ilk kitaba - “Almaz sutra” kitabına həsr edilmiş “Çində və Azərbaycanda kitab nəşrinin tarixi” mövzusunda onlayn seminar keçirilib.
Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çində kitab nəşrinin tarixindən danışıb. Qeyd edilib ki, kitab nəşrinin bütün əsas elementləri: kağız, yığılma (qalay, keramika və tunc) şrift, çap texnikası – ksiloqrafiya (rəngli də daxil olmaqla) Çində kəşf olunub. Qədim Çində kitab nəşrinin meydana çıxması Asiya və Avropada elmin və mədəniyyətin inkişafında güclü təkan olub. Dahi azərbaycanlı alim Nəsirəddin Tusinin riyaziyyat sahəsinə aid 1594-cü ildə Romada nəşr olunmuş “Təhrir Öqlidis” (“Evklid başlanğıcı”nın təfsiri) kitabı azərbaycanlı müəllifin ilk çap olunan kitabı hesab edilir. Bildirilib ki, çox qədim hesab edilən, türk tayfalarından olan salarların əcdadları tərəfindən Çinə gətirilmiş “Quran”ın VIII-XIII əsrlərə aid edilən əlyazması Çinin Tsinxay vilayətində məsciddə qorunur.
Seminarda çıxış edən çinşünas tələbələr Çində bədii əsrlərin, təqvimlərin, ensiklopediyaların, fal məzmunlu mətnlərin, riyaziyyat, astroloji, hərbi, tibbi mətnlərin yer aldığı ipək və kağız üzərində yaranmış ilk kitablar haqqında, formaca laylar şəklində, bükülən arakəsmə formasında, ayrı-ayrı vərəqlərdən ibarət ilk kitabların yaranmasından, onların növlərindən və görünüşlərindən danışıblar. Həmçinin Mahayana buddizminin əsasını təşkil edən müqəddəs mətn - “Almaz sutra” kitabından, Çində kitab nəşrinin “qızıl dövrü” hesab olunan Sun hakimiyyəti zamanında kitab nəşrinin xüsusiyyətlərindən bəhs olunub.
Tehsil-press.az