Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin heyvanlar aləmi bölməsi ilə bağlı iclas keçirilib.
Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov “Qırmızı kitab” növlərinin statusu” mövzusunda çıxış edərək kitaba salınacaq növlərin hansı kriteriyalar əsasında tərtib olunmasının zəruriliyini diqqətə çatdırıb.
İclasda, həmçinin digər elmi-təşkilati istiqamətlər də müzakirə olunub.
Xatırladaq ki, kitabın nəşrinə hazırlıq “Azərbaycan Respublikasının “Qırmızı kitab”nın III nəşri üzrə iş proqramı” haqqında AMEA Rəyasət Heyətinin 2020-ci il 14 fevral tarixli qərarına əsasən yerinə yetirilir və proqram 2020-2023-cü illəri əhatə edir.
Tehsil-press.az