Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilati dəstəyi ilə Çinin Çjetszyan əyalətinin Xuçjou şəhərində Çin dilini öyrənən Azərbaycan gəncliyi üçün Yay məktəbi fəaliyyət göstərir.
ADU-nun rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən treninqlərdə Azərbaycandan olan oğlan və qızlar Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin kalliqrafiya incəsənətinə, “Uşu” gimnastikasına, Çin kulinariyasına, ənənəvi çay mərasiminə həsr olunmuş master-klasslarda iştirak edirlər. Yay məktəblərinin Azərbaycandan olan iştirakçıları üçün Çinin ipək paytaxtı hesab olunan, öz mənzərəli Tayxu gölü və bambuk meşələri ilə məşhur olan Xuçjounun tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur.
Düşərgənin işi çərçivəsində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun Çin dilində yazılmış, Azərbaycan Prezidenti İlham Əliyevin 2003-2007-ci illərdə Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönələn çoxplanlı fəaliyyətinə həsr olunmuş “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” adlı kitabının təqdimatı da keçirilib. Azərbaycanlı dinləyicilər qrupunun rəhbəri, ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Çjetszyan əyalətinin dövlət televiziyasına verdiyi müsahibədə ADU-da Çin dilinin tədrisi, Azərbaycan tarixində ilk dəfə olaraq ali məktəb tələbələri üçün milli Çin dili dərsliyinin nəşri, ADU-nun Konfutsi İnstitutunun Çinin mədəniyyəti və tarixinə həsr olunmuş tədbirləri və elmi seminarları haqqında danışıb, eyni zamanda Xuçjou səfəri barədə təəssüratlarını bölüşüb.
Professor Rafiq Abbasovun sözlərinə görə, Dillər Universitetinin tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil almaqla yanaşı, Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə kimi Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edərək ictimai fəallıq göstərirlər.

ADA-nın Mətbuat Xidməti