İyunun 4-7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi üçün konfrans “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusuna həsr olunub.
Konfransda 34 ölkəni təmsil edən 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 400-dən çox elmi araşdırmanın nəticələri onlayn qaydada məruzə ediləcək.
Konfrans günlərində məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təsisatların mütəxəssislərinin, universitetlərin, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə sosial şəbəkələrdə 16 vorkşop canlı yayımlanacaq. Xarici ölkələri təmsil edən 26 tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin onlayn iştirakı ilə keçiriləcək vorkşoplarda müasir dünyanın və ölkəmizin dayanıqlı inkişaf problemləri müzakirə ediləcək.
Konfransın açılış mərasimində dünyanın nüfuzlu universitetlərinin professorlarının Nizami Gəncəvi irsinə, habelə təhsil və iqtisadiyyata dair videoməruzələri olacaq.
Eyni zamanda, “UNEC-BMDM-də rənglər xəzinəsi” adlı rəsm sərgisi keçiriləcək. Sərgidə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin akademik məsləhətçisi Röya Sultanovanın, UNEC-Dizayn fakültəsinin tələbələri və BMDM magistrantlarının əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdiriləcək.
Tehsil-press.az