UNEC: “İqtisadi və sosial inkişaf” mövzusunda 55-ci beynəlxalq konfrans keçiriləcək

UNEC: “İqtisadi və sosial inkişaf” mövzusunda 55-ci beynəlxalq konfrans keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə “İqtisadi və sosial inkişaf” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçiriləcək. Tədbir UNEC-in 90 illik yubileyinə həsr olunacaq.
Konfransın açılış mərasimində Təhsil Nazirliyinin rəsmiləri, UNEC-in rektoru, professor Ədalət Muradov, Sosial və İqtisadi İnkişaf qurumunun təşkilat komitəsinin rəhbəri Domaqoj Cinqula, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ölkənin və xarici universitetlərin professorları çıxış edəcəklər.
Konfransa qəbul olunmuş məqalələr “Web of Science” kimi nüfuzlu beynəlxalq elmi bazalara aid jurnallarda dərc ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər