Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində” mövzusunda respublika elmi-nəzəri konfrans keçiriləcək. Konfrans dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr ediləcək.
Mayın 14-də keçirilməsi nəzərdə tutulan konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn təşkil olunacaq.
Konfransda iştirak etmək istəyənlər tezislərini aprelin 5-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Konfransa sənətşünaslıq (muzeyşünaslıq), musiqi sənəti, kino, televiziya və digər ekran sənətləri, teatr sənəti, təsviri sənət, fəlsəfə, ilahiyyat və psixologiya bölmələri üzrə tezislər qəbul edilir. Konfrans muzeyşünaslıq, arxiv və abidələrin qorunması, kinoşünaslıq, mədəniyyət tarixi və nəzəriyyəsi, sosial iş, turizm və kitabxana, təsviri incəsənət tarixi və nəzəriyyəsi, musiqişünaslıq, teatrşünaslıq, rejissorluq istiqamətlərini əhatə edir.
Elmi-nəzəri konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən müəllim heyəti, doktorant, dissertant və gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransın materialları kitab şəklində çap olunacaq.
Tehsil-press.az