UNEC-də magistr və doktorantların beynəlxalq elmi konfransı təşkil olunacaq

UNEC-də magistr və doktorantların beynəlxalq elmi konfransı təşkil olunacaq Mayın 29-31-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “II. İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı” təşkil olunacaq.
Distant formada təşkil olunacaq beynəlxalq konfransda ümumilikdə dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı 65 bölmədə məruzə ilə çıxış edəcək.
Mayın 29-da keçiriləcək açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, "Paşa Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov çıxış edəcəklər.
Beynəlxalq konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (Azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olacaq.
Konfransın açılış mərasimi UNEC-in rəsmi "Facebook" səhifəsi, "YouTube" kanalı və konfransın rəsmi saytından canlı olaraq Azərbaycan və ingilis dillərində yayımlanacaq. Konfrans seksiyaları isə "Zoom" proqramı vasitəsilə distant olaraq təşkil olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər