Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib.
Tədbirdə rektor Aqil Şirinov Respublika Gününün önəmini diqqətə çatdırıb, uzun illər çar Rusiyasının əsarətində qalmış, məhrumiyyətlər yaşamış Azərbaycan xalqının, nəhayət, 1918-ci ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini vurğulayıb. Rektor bildirib ki, həmin dövrdə və belə bir şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları gərgin mübarizə nəticəsində əllərindən gələni əsirgəməyərək bu müqəddəs vəzifəni yerinə yetirməyi bacarıblar.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi və keçdiyi yol haqqında ətraflı məlumat verib. A.İsgəndərov 1918-ci il mayın 28-i gününün tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıb. Həmin dövrdə baş verən hadisələri xronoloji ardıcıllıqla qeyd edib, Cümhuriyyətin az yaşamasına baxmayaraq, xalqımızda azadlıq və müstəqillik fikirlərinin formalaşmasında müstəsna rolunu nəzərə çatdırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət tarixinin araşdırılmağa başlandığını və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna qərarlarını diqqətə çatdıran professor hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin tariximiz üçün əhəmiyyətini vurğulayıb.
Videokonfrans tədbir iştirakçılarının qarşılıqlı müzakirəsi ilə davam edib.
Tehsil-press.az