Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş “28 May - Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.
Moderator, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Respublika Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib. AXC haqqında tarixi məlumatlar təqdim olunduqdan sonra “Bakı mənzərəsi” adlı rəsmin çəkiliş videotəqdimatı və “Xalq Cümhuriyyəti dövrundə Azərbaycan qadınları” mövzusunda məruzə iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edilib ki, Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli və fakültənin tələbə həmkarlar təşkilatının sədri Emin Qulusoy 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az