Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gün münasibətilə tədbir keçirilib.
Dövlət himninin səslənməsi ilə başlayan tədbiri açan Tədris və innovasiyalar üzrə rəis müavini, professor Ramiz Hümbətov 18 oktyabr gününün Azərbaycan xalqının müstəqillik yolundakı tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, bu əlamətdar günlə bağlı tarixə ekskurs edərək müasir, inkişaf etmiş və güclü Azərbaycanın məhz xalqımızın milli-azadlıq hərəkatı, müstəqillik uğrunda mübarizəsinin nəticəsində əldə olunduğunu qeyd edib. Azərbaycanın tarix boyu hər zaman müxtəlif imperiyaların hədəfində olduğunu vurğulayıb, 1918-1920-ci illərdə mövcud olmuş, 100 illiyini etdiyimiz cümhuriyyətin çətinliklərlə üzləşdiyini, XX əsrin 90-cı illərində də ölkəmizin müstəqilliyinin çətin və keçməkeşli yollardan keçdiyini diqqətə çatdırıb. Ramiz Hümbətov 70 il ərzində sovetlərin tərkibində qalmağa məcbur olmuş Azərbaycanın, nəhayət, XX əsrin 90-cı illərində yenidən milli-azadlıq ideyaları uğrunda mübarizəyə qalxdığını bildirib, 1991-ci il oktyabrın 18-nin Azərbaycan xalqının həyatında böyük bir dönüş yaratdığını vurğulayıb, həmin dövrdə ölkəmizin çətin iqtisadi-sosial duruma düşdüyünü və ermənilərin əsassız iddiaları nəticəsində xalqımızın müharibə və işğalla üz-üzə qaldığını deyərək, məhz 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıtdıqdan və atəşkəsə nail olduqdan sonra ölkədə iqtisadi inkişafın əsasının qoyulduğunu və 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlandığını xatırladıb. Ulu öndər tərəfindən bu günkü iqtisadiyyatın əsas mexanizmlərinin yaradıldığını, bütün sahələrdə islahatlar aparıldığını diqqətə çatdırıb. Xarici investorları ölkəyə dəvət edib iqtisadiyyatın dirçəlişinə nail olunduğuna diqqət çəkib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirdiyini, onun məqsədyönlü xarici və daxili siyasəti nəticəsində Azərbaycanın dünya iqtisadi məkanında layiqli yer tutaraq müstəqil xarici siyasət yeritdiyini, 15 il ərzində ölkə iqtisadiyyatının bütün sahələrində möhtəşəm layihələrin həyata keçirildiyini vurğulayıb.
Ramiz Hümbətov tələbələri Vətənə dövlətçiliyə sadiq, ləyaqətli vətəndaş kimi xidmət etməyə çağırıb, onlara dövlət atributlarına, tariximizə, milli-mədəni dəyərlərimizə hər zaman hörmət və ehtiram nümayiş etdirməyi tövsiyə edib.
Akademiyanın tarix müəllimi Baba Bayramlı dövlət müstəqilliyinin Azərbaycan xalqının tarixi haqqı olduğunu bildirib, müstəqilliyin hər bir xalq üçün ən böyük nemət olduğunu qeyd edib. Azərbaycanın ilk müstəqil dövlətinin məhz 1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti olduğunu deyərək, 18 oktyabr 1991-ci ildə xaqımızın öz müstəqilliyini bərpa etdiyinə diqqət çəkib, Azərbaycan xalqının milli müstəqillik uğrunda azadlıq hərəkatının tarixindən söz acıb. Xalqımızın öz dövlət müstəqilliyini əziz tutduğunu, Azərbaycanın bölgədə hərtərəfli lider dövlət olduğunu vurğulayıb.
Tədbirin sonunda dövlət müstəqilliyi gününə həsr olunmuş sənədli film nümayiş olunub.

DGKA-nın Mətbuat Xidməti