Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev iştirakçıları salamlayaraq, Respublika Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. Bu tarixi gün ölkəmizdə böyük hörmət və ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.
“1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Həmin dövrdə hökm sürən anarxiya, xaos, mərkəzi hakimiyyətin zəifliyi Azərbaycan üçün müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamız müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu və ölkəmiz qısa zamanda surətlə inkişaf etməyə başladı”, - deyən Akademiya rəisi vurğulayıb ki, Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir.
Tədbir bayram konserti ilə başa çatıb.
Tehsil-press.az