Martın 29-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professsor Mustafa Babanlı, tarixçi, professor Anar İsgəndərov, həmçinin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Əvvəlcə dövlət himni səsləndirilib. Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək tarixi keçmişini bilməyin hər bir vətəndaşın borcu olduğunu bildirib. Uzun illər ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışan rektor M.Babanlı zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən danışıb. 1918-ci il 31 mart gününün XX əsr Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifəsi olduğunu qeyd edən rektor xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
31 mart soyqırımının azərbaycanlıların başına gətirilən nə birinci nə də sonuncu faciə olduğunu qeyd edən professor Anar İsgəndərov uzun illərdən bəri davam edəm erməni-türk münaqişələrindən, həmçinin ermənilərin və onların havadarlarının Azərbaycan xalqına qarşı məkrli siyasətindən bəhs edib.
Tədbirin sonunda müstəqil Azərbaycan Respublikasının hər bir ölkə vətəndaşı üçün ən dəyərli sərvət olduğu fikri vurğulanıb və ölkəmizin gələcəyi olan gənc nəslin ölkənin tarixini yaxşı öyrənməsinin əhəmiyyəti qeyd olunub.

ADNSU-nun Mətbuat Xidməti