“Türkiyənin vətəndaş Konstitusiyasına ehtiyacı var” - Ərdoğan

“Türkiyənin vətəndaş Konstitusiyasına ehtiyacı var” - Ərdoğan Türk xalqının iradəsini təmin etmək yolunda müxtəlif dövrlərdə maneələr, o cümlədən hakimiyyəti silahlı yolla ələ keçirmək cəhdləri olub. Bunun son nümunəsi 2016-cı ilin 15 iyul hadisələridir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 27-də İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələrinə müraciətində bildirib.
Dövlət başçısı xatırladıb ki, düz 61 il bundan əvvəl bu gün Türkiyə demokratiyasının tarixində qara ləkə olan Türkiyə Respublikasında ilk hərbi çevriliş baş verib.
“Türkiyəyə siyasi, sosial və iqtisadi nöqteyi-nəzərdən baha başa gələn çevrilişlərdən birincisi - 1960-cı ilin çevrilişi - 61-ci il keçməsinə baxmayaraq, hələ də türk xalqının qəlbində qanayan yaradır”, - Ərdoğan deyib.

Tehsil-press.az

Oxşar xəbərlər