Türkiyə Prezidenti: Azərbaycan Ordusunun qəhrəmanlığı mənfur işğala son qoydu

Türkiyə Prezidenti: Azərbaycan Ordusunun qəhrəmanlığı mənfur işğala son qoydu Azərbaycan Qarabağ böhranını danışıqlar yolu ilə həll etmək üçün böyük səylər göstərdi. Ermənistan isə dialoq imkanlarını pozan tərəf oldu.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayındakı çıxışında ifadə edib.
Ermənistan ordusunun təxribatlarından danışan və torpaqlarımıza qarşı yeni hücumlar etməsini xatırladan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistan yeni hücumlara başlayanda bütün imkanlaımızla azərbaycanlı qardaşlarımızın yanında olduq. Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu mənfur işğala son qoyuldu.”
Hazırda bölgədəki vəziyyət barədə də fikir və mülahizələrini bölüşən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşma çərçivəsinə başa çatması üçün prosesləri yaxından izləməkdə davam edəcəyik.

Tehsil-press.az

Oxşar xəbərlər