Köçəryan Laçın və Qubadlıya yaxın ərazidə seçki təşviqatına başladı + Video

Köçəryan Laçın və Qubadlıya yaxın ərazidə seçki təşviqatına başladı + Video KTMT-nin seçicilər qarşısında rusca çıxış edən keçmiş rəhbəri Yuri Xaçaturov da oradadır...
Bu dəqiqələrdə işğalçı Ermənistanın ikinci terrorçu eks-prezidenti Robert Köçəryan Azərbaycanla sərhədə yaxın ərazidə yerləşən Gorus şəhərində təbliğat kampaniyasına başlayıb.
Bu haqda qəsbkar ölkə mediası məlumat yayıb.
Tədbirdə sabiq müdafiə naziri, digər Xocalı canisi, Rusiyanın keçmiş 366-cı alayının tabor komandiri olmuş Seyran Ohanyan, eləcə də seçicilər qarşısında rusca çıxış edən KTMT-nin keçmiş rəhbəri Yuri Xaçaturov da iştirak edir.
Xatırladaq ki, Köçəryan “Hayastan”(“Ermənistan”) blokundan baş nazirliyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, qədim Zəngəzurumuzun Gorus şəhəri Qubadlı rayonu ilə sərhəddən hava xətti ilə 6-7 km, Laçın rayonu ilə sərhəddən isə 7-8 km məsafədədir. Laçın rayon mərkəzini isə bu strateji cəhətdən əhəmiyyətli şəhərdən hava xətti ilə cəmi 20-21 km məsafə ayırır.



Tehsil-press.az

Oxşar xəbərlər