İlahiyyat İnstitutunun tələbələri arasında keçirilən fiqh yarışının qalibləri mükafatlandırılıb

İlahiyyat İnstitutunun tələbələri arasında keçirilən fiqh yarışının qalibləri mükafatlandırılıb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında fiqh yarışı keçirilib. Müsabiqə “Zoom” platforması üzərindən təşkil olunub.
Yarışın münsiflər heyətində İslamşünaslıq kafedrasını müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, müəllimlərdən fəlsəfə üzrə fəlsəfə doktorları İbrahim Quliyev və Vüqar Səmədov təmsil olunublar.
Rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi institutun qarşısına qoyduğu vəzifələrdəndir. O vurğulayıb ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Rektor qeyd edib ki, fiqh, hədis, əqaid elmləri üzrə tələbələr arasında mütəmadi olaraq müsabiqələr təşkil ediləcək.
Fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov gənclərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, yarışmanın ilk dəfə keçirildiyini, lakin mütəmadi davam edəcəyini vurğulayıb.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Fiqh yarışmasında birinci yerə Peyman Xəlilov, ikinci yerə Bəhruz Orucov, üçüncü yerə isə Aytac Əhmədzadə layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Xatırladaq ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər