Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tarixi və dini baxımdan İslamda qurban ibadəti” mövzusunda vebinar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbirdə institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə toxunaraq, ermənilərin mənfur niyyətlərinin həyata keçmədiyini vurğulayıb.
Tədbir iştirakçıları şəhid olanların xatirəsini yad ediblər.
Builki Qurban bayramının pandemiya dövrünə təsadüf etdiyini diqqətə çatdıran Aqil Şirinov qeyd edib ki, qurban kəsimi, bayram namazı və bayramlaşma zamanı xüsusi karantin rejiminin qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə riayət olunmalıdır.
“Tarixi və dini baxımdan İslamda qurban ibadəti” mövzusunda çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov bayram haqqında ətraflı məlumat verib, onun tarixi əhəmiyyətindən bəhs edib. İslamdan əvvəl də qurbankəsmə mərasiminin bütün ilahi dinlərdə mövcud olduğunu bildirib.
Əhməd Niyazov daha sonra İslam dininin müxtəlif məktəblərində qurban hökmləri haqqında danışıb. Vurğulayıb ki, bu bayram müsəlmanları birləşdirir, onları gözəl niyyətlərə və xeyirxah əməllərə sövq edir.
Vebinar maraqlı müzakirələrlə və suallarla davam edib.
Tehsil-press.az