Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam və incəsənət” mövzusunda seminar təşkil olunub.
İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, belə tədbirlərin tələbələrin dünyagörüşünün artırılmasında, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İslam və incəsənət” mövzusunda məruzə edib. O qeyd edib ki, ilahi sənət yoxdan yaratmaqdırsa, bəşəri sənət mövcud olanlara müəyyən forma verməkdir. İncəsənətin insanda gözəllik duyğusu yaratdığını, ona mənəvi zövq verdiyini deyən E.Məmmədov bildirib ki, İslam real din olmaqla yanaşı, insanın bütövlükdə cisminə, ruhuna, ağıl və vicdanına kompleks yanaşır. Məruzəçi Quranın insanları gözəlliyə səslədiyini vurğulayıb.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.

Aİİ-nin Mtbuat Xidmti