Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən, birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasına, tədbirlərin keçirilməsinə start verilib.
LDU-da Azərbaycan İlahiyyat İnstitutu ilə birgə təşkil edilən “Mənəvi dəyərlərimiz” mövzusunda seminar bu qəbildəndir. Seminarın işində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tərkibində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun, Azərbaycan İlahiyyat İnstitutunun və Lənkəran Dövlət Universitetinin rəsmiləri, professor-müəllim-tələbə heyəti iştirak ediblər.
Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov təmsil etdiyi ali təhsil ocağında milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq ənənələrinin təbliği istiqamətində görülən işlərdən, Lənkəranda, bütövlükdə cənub bölgəsində müxtəlif dinləri təmsil edən insanların uzun əsrlər boyu mehriban ailə kimi daim birgə yaşadıqlarından, formalaşan tolerantlıq ənənələrindən söz açıb.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Milli kimliyimizin formalaşmasında dinin rolu”, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov “Mənəvi dəyərlərimiz”, İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov “Azərbaycanda tolerantlıq və multikulturalizm” mövzularında çıxış ediblər. Çıxışlarda Lənkəran bölgəsində böyük elm və irfan alimlərinin, zəngin milli-mənəvi bazanın olduğu iştirakçıların nəzərinə çatdırılıb. LDU-da təhsil alan tələbələrin Mənəvi Dəyərlərin Təbliği Fondunun hər il təşkil etdiyi “Yay məktəbi”ndə iştirakı, hər iki ali təhsil ocağında təhsilalanların birgə qatıldıqları tədbirlərin keçirilməsi müzakirə edilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
LDU-nun Mətbuat Xidməti