Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yazıçı-jurnalist Varis Yolçuyevin təqdimatında “Uğura gedən qısa yol” mövzusunda seminar təşkil olunub.
İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində institutunun müxtəlif mövzularda ardıcıl təşkil etdiyi dəyirmi masalar, seminarlar, treninqlər və görüşlərin xüsusi rol oynadığını bildirib. Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə, gənclərdə məsuliyyət vərdişlərinin aşılanmasında, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Varis Yolçuyev çıxışında qeyd edib ki, uğura aparan yol nə qədər çətin və mürəkkəb olsa da, bu yolda qətiyyətlə addımlamağı bacarmaq lazımdır. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün daim çalışmalı, mübarizə aparmalıdır. O zaman uğur qazanmaq mümkündür. O, yüz kilometrlərlə yolun qət edilməsinin kiçik addımlardan başladığını bildirərək deyib ki, yaşanılan hər günün sonunda insan özünə hesabat verməli, nəyi pis, nəyi yaxşı etdiyi haqqında düşünməlidir.
Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.

Aİİ-nin Mətbuat Xidməti