UNEC-in Fasiləsiz Təhsil Mərkəzinin əsasnaməsi təsdiqlənib

UNEC-in Fasiləsiz Təhsil Mərkəzinin əsasnaməsi təsdiqlənib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Fasiləsiz Təhsil Mərkəzinin (FTM) əsasnaməsi təsdiqlənib.
Bu barədə Elmi şuranın növbəti iclasında qərara alınıb. Bildirilib ki, FTM dinləyiciləri ümumi təhsil müəssisələrinin buraxılış, ali məktəblərin bakalavriat və magistratura səviyyəsinə qəbul imtahanlarına, eləcə də dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayacaq. Müxtəlif peşə hazırlığı kursları, korporativ təhsil proqramları, o cümlədən miniixtisas, yaşlılar üçün müxtəlif təhsil proqramları və s. təşkil edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər